×
A
A
A
Sazlamalar

Yeraltı təkanlar bəzi yerlərdə 6 bala qədər hiss olunub - Açıqlama

Bakı, 4 iyul, AZƏRTAC
Zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzən rayonlarında 6 bala yaxın, Sumqayıt şəhəri, Abşeron yarımadası və onlara yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı məlumat verib.
Xatırladaq ki, yerli vaxtla saat 00:01-də Xəzər dənizində maqnitudası 5.7 olan zəlzələ qeydə alınıb.

Ekologiya 2023-07-04 01:39:00