×
A
A
A
Sazlamalar

Korporativ kiber-fiziki sistemlərin təhlükəsizlik problemləri araşdırılır

Bakı, 3 iyul, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda korporativ kiber-fiziki sistemlərin təhlükəsizlik problemləri araşdırılır.
Bu barədə AZƏRTAC-a institutun əməkdaşı Nəzrin Rzayeva məlumat verib. Xüsusi kontekstdə kiberdayanıqlılıq, xüsusi tətbiqlər və təhdidlər haqqında danışan tədqiqatçı bildirib ki, kiber-fiziki sistemlər qlobal bir funksiyanı yerinə yetirməyi hədəfləyən fiziki və rəqəmsal dünyaları birləşdirən mürəkkəb sistemdir. Bu sisitemlərin alt səviyyəsini təşkil edən sensor şəbəkələrinin sürətli yerləşdirilməsi, öz-özünə təşkili və nasazlığa dözümlülük xüsusiyyəti onları hərbi perspektivli texnikaya çevirir.
N.Rzayeva qeyd edib ki, kiberdayanıqlılıq rəqəmsal sistemlərin kiberhücumlardan müdafiə qabiliyyətidir. Kiberdayanıqlılığın əsas xüsusiyyəti kiberhücumları aşkar etmək, eləcə də onlara cavab vermək üçün effektiv sistemlərə və proseslərə malik olmaqdır. Təhdidlər insanla bağlı və digər mənbələrdən olmaqla 2 kateqoriyaya ayrılır. İnsanla bağlı təhdidlərə işçilər, müştərilər, hakerlər və s., digər mənbələrdən olan təhdidlərə isə yanğınlar, daşqınlar, elektrik və s. aiddir.

 

 

Texnologiya 2023-07-03 15:26:00