×
A
A
A
Sazlamalar

“BakuBus” Müşahidə Şurasının tərkibində dəyişiklik edilib

Bakı, 3 iyul, AZƏRTAC
Prezident İlham Əliyev “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamda dəyişiklik edib.
AZƏRTAC xəbər verir ki, dəyişikliklə bağlı Sərəncama əsasən, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibində “Elnur Əliyev – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini” əvəzinə, “Rəhman Hümmətov – Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini” əlavə olunub.

Nəqliyyat 2023-07-03 14:30:00