×
A
A
A
Sazlamalar

Ötən gün Bakıda havanın temperaturu iqlim normasından 2 dərəcə aşağı olub

Bakı, 2 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyulun 2-si saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti iyulun 1-i axşamadək davam edib. İyulun 2-də gecə və səhər əsasən yağmursuz keçib.
Xidmətdən AZƏRTAC-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Qobustanda 10, Astarada 8, Qrızda 6, Lerik, Ağdam, Sabirabad, Cəfərxan, Şamaxı, Oğuz, Qəbələ, İsmayıllı, Quba, Xaltan, Şahdağ, Tərtər, Yevlax, Göyçay, Zərdab, Beyləqan, Kürdəmir, Neftçala, Lənkəran, Biləsuvarda 5, Bakıda və Abşeron yarımadasında 1 millimetrədək olub.
Qrız, Şahdağ, Biləsuvar, Salyan, Lerikdə duman müşahidə olunub.
İyulun 1-də Bakıda havanın temperaturu iqlim normasından 2 dərəcə aşağı olub. Belə ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 28, Naxçıvan Muxtar Respublikasında 35, dağlıq rayonlarda 21, aran rayonlarında 31 dərəcəyədək isti təşkil edib.
İyulun 2-4-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələrək Bakıda və Abşeron yarımadasında 29-34 , Naxçıvan Muxtar Respublikasında və aran rayonlarında 31-36, dağlıq rayonlarda isə 17-22 dərəcə isti olacaq.

Ekologiya 2023-07-02 11:37:00