Yağış yağması atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərib
Bakı, 1 iyul, AZƏRTAC
Bu gün səhər saatlarında atmosfer havası üzrə avtomatik stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən Bakı, Sumqayıt və Gəncə şəhərlərində havanın keyfiyyət göstəricilərinin norma daxilində olduğu müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. Onun sözlərinə görə, hava şəraitinin yağıntılı keçməsi atmosfer havasının keyfiyyətinə öz müsbət təsirini göstərib.
“Gün ərzində atmosfer havasının keyfiyyətinin əlverişli və oksigenlə zəngin olacağını demək olar”,- deyə N.Mahmudov bildirib.
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb