×
A
A
A
Sazlamalar

Xaçmaz, Quba və Şabranda qanunsuz qum-çınqıl daşınması müəyyən edilib

Bakı, 29 iyun, AZƏRTAC

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən respublikanın şimal bölgəsində keçirilən növbəti nəzarət tədbirləri zamanı Xaçmaz, Quba və Şabran rayonları ərazisindən qanunsuz qum-çınqıl daşınması müəyyən edilib.
Bu barədə AZƏRTAC-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib. Bildirilib ki, Xaçmaz rayonu, Caqacuq çayının yatağından “5 saylı Yol İstismar İdarəsi” MMC, Quba rayonu, Birinci Nügədi kəndi ərazisindən “Azvirt” MMC tərəfindən, Şabran rayonu, Dəvəçiçay çayının yatağından isə “Siyəzənneft” NQÇİ-yə məxsus nəqliyyat vasitələri ilə qum-çınqıl daşındığı məlum olub.
Faktlarla bağlı aktlar və protokollar tərtib olunub, qanun pozucuları barəsində qanuna müvafiq tədbirlər görülüb.

Ekologiya 2023-06-29 13:15:00