×
A
A
A
Sazlamalar

“Mənim atam qəhrəmandır!” layihəsi çərçivəsində Şahdilidə tədbir təşkil olunub

Bakı, 26 iyun, AZƏRTAC

Vətən müharibəsində şəhid olan qəhrəmanların övladları və ailə üzvləri üçün Abşeron Milli Parkında “Mənim atam qəhrəmandır!” layihəsi çərçivəsində tədbir təşkil olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkənin ən ucqar cənub-şərq nöqtəsində, rəmzi olaraq “Qartalın dimdiyi” adlandırılan Şahdilidə şəhid övladlarının əyləncəli gəzinti proqramı unudulmaz kompozisiyalarla davam edib. Qəhrəmanların övladları füsunkar Şahdili mənzərələri fonunda yaddaqalan vaxt keçiriblər.
Layihə ölkədə şəhid ailələrinin asudə vaxtlarının səmərəli təşkili ilə tanınan “Fire Land Production”ın təşkilatçılığı və Abşeron Milli Parkının dəstəyi ilə həyata keçirilib.

Ekologiya 2023-06-26 17:23:00