×
A
A
A
Sazlamalar

Şəkidə zəlzələ baş verib

Bakı, 25 iyun, AZƏRTAC
İyunun 25-də saat 16:39-da Şəki seysmoloji stansiyasından 12 kilometr şimal-qərbdə - Şəkidə zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yerli vaxtla saat 16.39-da qeydə alınan zəlzələnin ocağı 16 kilometr dərinlikdə yerləşib.
Maqnitudası 3,0-a bərabər olan zəlzələ episentrə yaxın yaşayış məntəqələrində hiss olunmayıb.

Ekologiya 2023-06-25 18:02:00