×
A
A
A
Sazlamalar

İqlim dəyişikliyi nəticəsində yaranacaq fəsadların qarşısının alınması ilə bağlı müzakirələr aparılıb

Bakı, 24 iyun, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti müvafiq şəhər və rayon icra hakimiyyətləri ilə birgə xüsusi təhlükəli atmosfer hadisələrinə qarşı mübarizənin səmərəliliyini artırmaq üçün, onlara dair xəbərdarlıqlara əsasən qabaqlayıcı tədbirlərin vaxtı-vaxtında və lazımi səviyyədə görülməsi məqsədilə onlayn görüş keçirilib.
AZƏRTAC nazirliyin mətbuat xidmətinə istinadla bildirir ki, ümumilikdə, 62 şəhər və rayon icra hakimiyyətlərinin iştirakı ilə keçən görüşdə Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları hidrometeoroloji fəaliyyət haqqında məlumatlar verib, həmçinin xüsusi təhlükəli atmosfer hadisələri ilə mübarizənin səmərəliliyini artırmaq məqsədilə ştorm-xəbərdarlıqların ötürülməsi sxeminin icrasına dair təqdimat edilib. Son illərdə xüsusi təhlükəli atmosfer hadisələrinin sayının və intensivliyinin artması bu sahədə atılacaq addımların operativ formatda müəyyən edilməsi ilə nəticələnib. Bu tədbirlərin icrası və gələcəkdə iqlim dəyişikliyinin təsiri nəticəsində yaranacaq ciddi fəsadların qarşısının alınması ilə bağlı müzakirələr aparılıb.
Eyni zamanda, görüşdə “Çaylardan keçən sel və daşqınlarla mübarizə” mövzusunda da təqdimat edilib və xəbərdarlıqlara əsasən qabaqlayıcı tədbirlərin vaxtı-vaxtında, lazımi səviyyədə görülməsinə dair müzakirələr aparılıb.

Ekologiya 2023-06-24 17:06:00