×
A
A
A
Sazlamalar

Tovuz rayonu ərazisindən keçən Ağdam Axıncaçaydan sel keçir

Bakı, 24 iyun, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin iyunun 24-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, düşən yağıntının miqdarı Qaxda 8, Ordubadda 4 millimetr, Şahbuz, Sədərəkdə 3 millimetr, Şərur, Culfa, Gədəbəy, Göygöl, Şəki, Naxçıvan, Daşkəsən, Şəmkir, Tovuz, Balakən, Oğuz, Qusar, Tərtər, Yevlaxda 4 millimetrədək olub. Şərur, Daşkəsən, Göygöl, Balakən, Şəki, Qrız, Şahdağda isə duman müşahidə olunub.
Tovuz rayonu ərazisindən keçən Ağdam Axıncaçaydan hazırda sel keçir.



 

Ekologiya 2023-06-24 11:18:00