Supertətbiqlərlə bağlı araşdırma aparılır
Bakı, 23 iyun, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunda supertətbiqlərlə bağlı araşdırma aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə institutun proqramçısı Təbriz Ağaşov məlumat verib. O qeyd edib ki, “Super App” konsepsiyası 2010-cu ildə yaradılmış rəqəmsal ekosistemlərin məhsul və xidmətlərinə çıxış imkanı verən çoxfunksiyalı mobil tətbiqlər toplusudur. Supertətbiq istifadəçilərə bir interfeysdə birdən çox proqram və ya müxtəlif tətbiqlərin xüsusiyyətlərini təklif edə bilən bir proqramdan istifadə etməyə imkan verir. Onun tətbiq sahələrinə elektron ticarət, ödəniş və tibbi xidmətlər, nəqliyyat və səyahət, bankçılıq və maliyyə və s. aiddir. “Gartner” analitik şirkətinin hesabatına əsasən, 2027-ci ilə qədər dünya əhalisinin 50 faizindən çoxunun birdən çox supertətbiqdən istifadə edəcəyi gözlənilir.
Sonra tədqiqatçı supertətbiqlərin işləmə prinsipindən söz açaraq istifadəçilərə çoxsaylı seçimlər təqdim etmək üçün ən yaxşı superproqramlarda çoxsaylı mikroproqramlar yerləşdirildiyini diqqətə çatdırıb.
Supertətbiqlərin üstünlüklərindən bəhs edən T.Ağaşov qeyd edib ki, onlar istifadəçilərə, xüsusilə də markalara təqdim etdikləri imkanlara görə seçilir: “Supertətbiqlər markalara bir proqram vasitəsilə birdən çox məhsul və xidmət təklif etmək, proqramların funksional imkanlarını genişləndirmək, müştəri bazasını artırmaq və müştərilərlə daha asan ünsiyyət qurmaq, eləcə də marketinq işləri üzrə xərclənən büdcəni azaltmaq imkanı yaradır”.
O, ən yaxşı supertətbiqlər arasında “Paytm”, “Grab”, “Go-jek”, superproqramların işlənib-hazırlanmasında kömək edən şirkətlər arasında isə “Appinventiv”, “Triare”, “Interexy” və s. nümunə göstərib. T. Ağaşov bildirib ki, müasir smartfonlar ağır işləyən proqramları idarə etmək və işlətmək üçün daha yaxşı təchiz olunduğu üçün onların smart proqramları işə salmaq imkanı daha yüksəkdir.
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib