×
A
A
A
Sazlamalar

Hazırda bəzi çaylardan sel keçir

Bakı, 22 iyun, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin iyunun 22-si saat 19:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Xidmətdən AZƏRTAC-a verilən xəbərə görə, Şahbuz, Gədəbəy, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Oğuz, Qax, Zaqatala, Şəki, Şamaxı, Qrız, Şahdağda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.
Leysan yağışlar nəticəsində hazırda Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçay və Gəncəçaydan, Tovuz rayonu ərazisindən axan Zəyəmçaydan, Goranboy rayonu ərazisindən axan Gorançaydan və Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçir.

Ekologiya 2023-06-22 19:54:00