×
A
A
A
Sazlamalar

Azərbaycan Dəmir Yolları neft məhsullarının daşınması üçün sistern tipli 100 vaqon alır

Bakı, 22 iyun, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” QSC neft məhsullarının daşınması üçün sistern tipli 100 vaqon və 70 qapalı vaqon almağı planlaşdırır.
AZƏRTAC QSC-nin məlumatına əsasən xəbər verir ki, seçim iki lotu əhatə edən açıq tender üsulu ilə həyata keçirilir. Tender təkliflərinin qiymətləndirilməsində əsas meyarlar aşağı qiymət, çatdırılma müddəti, həmçinin texniki və keyfiyyət tələbləri olacaq.
Şirkətlərin tender təklifləri avqustun 7-i saat 18:00-dək qəbul edilir. Tender proseduru avqustun 8-də keçiriləcək.

Nəqliyyat 2023-06-22 12:22:00