×
A
A
A
Sazlamalar

Dünyanın aparıcı gəmi idarəetmə şirkəti ASCO-da rəqəmsal platformanın təqdimatını edib

Bakı, 22 iyun, AZƏRTAC
Dünyanın aparıcı gəmi idarəetmə şirkətlərindən olan “V.Group” nümayəndələri təcrübə mübadiləsi məqsədilə ASCO əməkdaşları ilə keçirdikləri görüşdə “ShipSure” dəniz rəqəmsal platformasının təqdimatını ediblər.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, “V.Group”un nümayəndələri “ShipSure”ın 15 il əvvəl yaradıldığını və bir sıra üstünlüklərə malik olduğunu qeyd ediblər. Əlavə ediblər ki, qlobal gəmi idarəetmə platforması ayrı-ayrı sahələr üzrə məlumatların (əməliyyat, texniki, maliyyə, biznes və donanma məlumatları) toplanmasında və müştərilərə çatdırılmasında mühüm rol oynayır.
İstifadə rahatlığı ilə seçilən proqrama “iOS” və ya “Android” cihazları, o cümlədən kompüterlər vasitəsilə daxil olmaq mümkündür.

Nəqliyyat 2023-06-22 11:26:00