×
A
A
A
Sazlamalar

Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir

Bakı, 22 iyun, AZƏRTAC

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 57 müntəzəm marşrut xətti üzrə 175 avtobusun hərəkət intervalında gecikmələr var.
Bakı Nəqliyyat Agentliyindən (BNA) AZƏRTAC-a bildirilib ki, aşağıda qeyd olunan istiqamətlər üzrə gecikmələr müşahidə edilir:
1. Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 21-22 dəqiqə gecikmə müşahidə olunur.
2. 3-cü mikrorayon dairəsi istiqamətində Ceyhun Səlimov küçəsi, Rövşən Cəfərov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda gecikmə 6-7 dəqiqədir.
3. Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində, eyni zamanda, əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 5-6 dəqiqə gecikmə müşahidə olunur.
4. Binəqədi şosesi – şəhər istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-13 dəqiqə gecikmə var.
5. Tbilisi prospekti – 20 Yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 5-6 dəqiqə gecikmə qeydə alınır.
6. Dilarə Əliyeva küçəsində hər iki istiqamətdə 1, 2, 14, 21, 30, 32, 49 və 88A nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 5-6 dəqiqə gecikmə müşahidə olunur.
7. Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçələrinin kəsişməsindən keçən 1, 2, 4, 10, 30, 32, 46, 49 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-9 dəqiqə gecikmə var.
8. Qara Qarayev prospektində hər iki istiqamətdə 7A, 11, 15, 30, 35, 40, 44, 49, 51, 62, 64, 81, E1 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 7-8 dəqiqə gecikmə var.
9. Zabrat şosesi – şəhər istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-11 dəqiqə gecikmə müşahidə olunur.
10. 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti Azneft dairəsi istiqamətində 5, 18, 88, 125 və 127 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 5-6 dəqiqə gecikmə qeydə alınır.
11. Yavər Əliyev küçəsi aeroport şosesi istiqamətində məhdudiyyət səbəbindən 24, 35, 40, 49, 76, 78, 113, 208 və 209 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 8-9 dəqiqə gecikmə müşahidə olunur.

Nəqliyyat 2023-06-22 08:48:00