×
A
A
A
Sazlamalar

® “Təmiz sahil” – Samsung Electronics daha bir ekoloji aksiya keçirib

Samsung Electronics şirkəti “Everyday Sustainability” strategiyasına əsasən “Planeti düşünərək” şüarı ilə beşikdən məzara yəni istehsaldan utilizasiyaya qədər konseptini daha da genişləndirir. Şirkət ekoloji dəyərlərin gənc nəslə ötürülməsi istiqamətində də fəaliyyətə başlayıb. Beləliklə, şüarı “Planetin bu günü və sabahını düşünərək” kimi də səsləndirmək olar.
İyunun 17-də Samsung əməkdaşları Care Group və azyaşlılar ilə birlikdə Bakının Pirşağı qəsəbəsində “Təmiz sahil” adlı təmizlik aksiyası keçirib. Əvvəlki aksiyalardan fərqli olaraq, budəfəki tədbirin daha bir dəyərli özəlliyi var idi: ekoloji təşəbbüsə SOS Uşaq Kəndləri də qoşulmuşdu. Məqsəd isə yeni nəslin düşüncə tərzində təbiətiqoruma kimi dəyərin yer almasıdır.
Şirkətin Azərbaycandakı rəsmi nümayəndəliyinin əməkdaşları Pirşağıda 2 kilometr sahil zolağını bütün tullantılardan təmizləyib. Nəticə etibarilə sahil zolağı 340 kiloqram plastik və orqanik tullantıdan təmizlənib. Bu aksiya vasitəsilə Samsung və onun əməkdaşları ekoloji dəyərlərə gündəlik həyatlarında da önəm verdiyini nümayiş etdirdi.
Hazırda Samsung bütün cihazların dizaynından istehsalına qədər olan dövriyyəsində planetin ehtiyac və təhlükələrini nəzərə alır. Məsələn, dizaynda əlavə sərvətlərin istifadəsini tələb edən bütün elementlər ardıcıl şəkildə ləğv edilir. Galaxy S22 seriyasından başlayaraq Galaxy S23 seriyasının istehsalında daha çox atılmış plastikdən, o cümlədən okeana atılmış balıq torları və plastik butulkalardan əldə edilən təkrar emal materialından da istifadə olunur ki, istismar müddəti bitəndən sonra belə cihaz flora və faunaya ekoloji zərər vurmasın. Seriyanın istehsalında istifadə olunan materialların 20 faizi okeandan tapılmış plastikdən hazırlanıb.
Bundan başqa okeandan tapılan plastikdən 2022-ci ildən başlayaraq ViewFinity monitorları və 2023-cü ildən SolarCell uzaqdan idarəetmə cihazlarında istifadə edilib. SolarCell-də 24 faiz təkrar emal plastiki də mövcuddur. Eyni zamanda, bu cihaz enerjisini batareyalardan deyil günəş və işığından toplayır.
İlin sonunadək Samsung 15 tona qədər balıq torunun dünya okeanına atılmasının qarşısını almağı özünə hədəf kimi təyin edib.
2018-ci ildən başlayaraq, Samsung qab dizaynında da plastikdən istifadəni və paketi təşkil edən elementlərin sayını azaldaraq, yüksək keyfiyyətli təkrar emal edilmiş kağız ilə çalışmağa başlayıb. Şirkətin məqsədi özünün ərsəyə gətirdiyi sellülozadan hazırlanmış kağız yaratmaq, həmçinin ekodizaynlarını tanıtmaqdır.
Samsung-un təbiəti mühafizə strategiyasının əsas məqsədi planetin sərvətlərini nəzərə almaqla insanlar üçün sağlam və işıqlı gələcəyinə qurulması istiqamətində atılan qlobal təşəbbüslərə dəstək olmaqdır. Lakin şirkət planet qarşısında öhdəliyini təkcə yaşıllaşdırmaya dəstəkdə deyil, əksinə mövcud tullantının faydalı istifadəsi, təkrar emal və tullantısız istehsal yanaşmasında görür.

Ekologiya 2023-06-21 18:03:00