×
A
A
A
Sazlamalar

Almaniya Prezidenti “Zərifə Əliyeva” gəmi-bərəsində olub

Bakı, 21 iyun, AZƏRTAC

Almaniya Prezidenti Frank-Valter Staynmayer, Qazaxıstanın Baş naziri Alixan Smailov və Kurık limanının direktoru Serik Axmetov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Kurık limanına (Qazaxıstan) yan almış RoPax tipli “Zərifə Əliyeva” gəmi-bərəsində olublar.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, Almaniya Prezidentinə “Zərifə Əliyeva” gəmi-bərəsinin ASCO-nun donanmasındakı digər bərələrlə birgə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin inkişafında mühüm rol oynaması ilə bağlı məlumat verilib.
Gəminin kapitanı Təhmiraz İsmayılov Frank-Valter Staynmayerə bildirib ki, “Zərifə Əliyeva” gəmi-bərəsi Azərbaycanda istehsal olunub. Bu gəmi yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyük olmaqla, 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TİR daşımaq imkanına malikdir.
Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Comart Tokayevin dəvəti ilə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Qazaxıstana rəsmi səfərə gəlib.

Nəqliyyat 2023-06-21 16:25:00