×
A
A
A
Sazlamalar

Bu ilin payızından etibarən meşə əkinlərində fıstıq tinglərindən istifadə olunacaq

Bakı, 21 iyun, AZƏRTAC
Şərq fıstığı Azərbaycanda orta dağ meşə qurşağında geniş yayılmış qiymətli meşə ağaclarından hesab olunur. Dağların sipəri sayılan fıstıq meşələri böyük su tənzimləyici və torpaqqoruyucu əhəmiyyətə malik olduğundan hazırda fıstıq meşələri sahəsinin artırılması və bərpası məqsədilə müvafiq təsərrüfat tədbirləri görülür.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev AZƏRTAC-a bildirib ki, fıstıq ağacının tinglik sahələrində artırılması üçün cari ildən etibarən açıq və qapalı kök sistemli tinglərin yetişdirilməsinə başlanılıb.
“Ötən ildən Regional Meşə Təsərrüfatı mərkəzlərində fıstıq toxumlarının tədarükü artırılıb. Toxumlar xüsusən yüksək taksasiya göstəricilərinə və keyfiyyətli toxumvermə qabiliyyətinə malik ağaclardan tədarük edilib. Yetişdirilən tinglər bu ilin payızından etibarən meşə əkinlərində istifadə olunacaq”.

Ekologiya 2023-06-21 12:00:00