×
A
A
A
Sazlamalar

AZAL-ın Bakıdan Naxçıvana iki reysi gecikir VİDEO

Bakı, 21 iyun, AZƏRTAC

Ötən gündən etibarən ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti AZAL-ın Bakı-Naxçıvan istiqamətində uçuşların fəaliyyətinə də təsir göstərib.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, təhlükəsizliyin və sərnişinlərə ən yaxşı xidmətin təmin edilməsi məqsədilə sərnişinlərin daşınması növbəli şəkildə həyata keçiriləcək.
Hazırda iki reysin uçuşu gecikir. Belə ki, 51 sərnişin hoteldə yerləşdirilib, qalanları isə evlərinə getməyə üstünlük verib.
Gecə və səhər saatlarında Naxçıvana artıq bir neçə reys olub, digər reyslər cədvələ uyğun olaraq həyata keçiriləcək.
AZAL Naxçıvanda əlverişsiz hava şəraiti səbəbindən uçuşları gecikmiş sərnişinləri bu vəziyyətlə əlaqədar anlayış göstərməyə və səbirli olmağa çağırır.

Nəqliyyat 2023-06-21 10:29:00

Video