×
A
A
A
Sazlamalar

Göygöl və Şərura dolu düşüb

Bakı, 20 iyun, AZƏRTAC

İyunun 20-si axşam saatlarına olan məlumata əsasən, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Şəki, Quba, Qusar, Yevlax, Tərtər, Yardımlı, Lənkəran, Astara rayonlarında şimşək çaxıb, arabir leysan xarakterli, intensiv yağış yağıb. Leysan yağışı nəticəsində Göygöl rayonunun Sarısu kəndindən və Gəncəçaydan, Goranboy rayonu ərazisindən keçən Gorançay və Böylü qəsəbəsindən sel keçib.
AZƏRTAC xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
G.Məmmədova deyib ki, saat 16:10-da Göygöl rayonuna xırdadənəli, Şərura isə saat 17:55-17:58-də diametri 5 millimetr olan dolu düşüb.
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti saniyədə 22 metrə çatıb.

Ekologiya 2023-06-20 23:18:00