×
A
A
A
Sazlamalar

Arzu Babayeva: Son günlərdə maralların sayında artım müşahidə olunur

İsmayıllı, 20 iyun, Leyla Muradzadə, AZƏRTAC

Şahdağ Milli Parkının İsmayıllı bölməsində nəcib maralların sayında artım müşahidə olunur.
2022-ci il noyabr ayında Şahdağ Milli Parkının İsmayıllı bölməsində nəcib maralların reintroduksiyası layihəsi çərçivəsində ilk marallar buraxılıb.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva deyib.
Xidmət rəsmisi qeyd edib ki, marallar xüsusi ayrılmış yerdə adaptasiya dövrü keçdikdən sonra tam sərbəst şəkildə vəhşi təbiətə buraxılacaq: "Layihənin davamı olaraq ölkənin müxtəlif bölgələrində, maralın tarixən məskunlaşdığı yerlərdə təbiətə buraxılması nəzərdə tutulub. Son günlərdə maralların sayında artım müşahidə olunur".

Ekologiya 2023-06-20 12:53:00