×
A
A
A
Sazlamalar

Su hövzələrindən 1037 metr uzunluğunda sintetik tor götürülüb

Bakı, 20 iyun, AZƏRTAC
"Hövzələri sintetik torlardan birlikdə təmizləyək" aksiyası çərçivəsində torların yığışdırılması davam edir.
AZƏRTAC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi teleqram kanalına istinadla xəbər verir ki, aksiya çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizinin Lənkəran akvatoriyasından, Mingəçevir su anbarından və Baş Şirvan kollektorundan sintetik torların yığışdırılması həyata keçirilib.
Aksiya zamanı həmin su hövzələrindən 1037 metr uzunluğunda 37 ədəd sintetik tor götürülüb.

Ekologiya 2023-06-20 03:19:00