×
A
A
A
Sazlamalar

Bir neçə istiqamət üzrə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Xudat və Bakı-Şabran şəhərlərarası, Horadiz şəhəri (Füzuli)-Ağalı kəndi (Zəngilan) rayonlararası, Tərtər şəhəri-Talış kəndi rayondaxili, Abşeron rayonunun Görədil qəsəbəsi-Xırdalan şəhəri 592 və Güzdək qəsəbəsi-Bakı şəhəri 553 nömrəli müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.
AYNA-dan AZƏRTAC-a bildirilib ki, sənədlər 19 iyul saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində qəbul ediləcək.
Müsabiqə şərtlərinə əsasən, sağlamlıq imkanları məhdud vətəndaşların avtobuslara rahat minib-düşmələri üçün xüsusi qurğu və avadanlıqla təchiz olunmuş nəqliyyat vasitələrinə üstünlük verilir. Həmçinin müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təklifləri komissiya tərəfindən Xudat-Bakı-Xudat istiqamətində 2, Şabran-Bakı-Şabran, Horadiz şəhəri-Ağalı kəndi, Tərtər şəhəri-Talış kəndi, Goradil qəsəbəsi-Xırdalan şəhəri və Güzdək qəsəbəsi-Bakı şəhəri istiqamətlərində hərəsində 1 Lot üzrə baxılacaq.

Nəqliyyat 2023-06-19 14:35:00