×
A
A
A
Sazlamalar

Qeyri-sabit hava şəraiti iyunun 21-i gündüzədək davam edəcək

Bakı, 18 iyun, AZƏRTAC

Şimal-qərbdən hərəkət edən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti qeyri-sabit, küləkli, yağıntılı keçib. Bəzi yerlərdə leysan yağıb, dolu düşüb, qərb küləyinin sürəti güclənib.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 21-i gündüzədək davam edəcək. Bəzi yerlərdə yağış yağacağı, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli, intensiv və güclü olacağı ehtimal edilir.
AZƏRTAC xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
G.Məmmədova bildirib ki, Bakıda və Abşeron yarımadasında da iyunun 19-u gündüzədək arabir güclənən şimal-qərb küləyi əsəcək. Axşam və gecə saatlarında bəzi yerlərdə yağış yağacaq.

Ekologiya 2023-06-18 21:40:00