×
A
A
A
Sazlamalar

Su hövzələrindən 755 metr uzunluğunda sintetik tor götürülüb

Bakı, 18 iyun, AZƏRTAC
"Hövzələri sintetik torlardan birlikdə təmizləyək" aksiyası çərçivəsində torların yığışdırılması davam edir.
AZƏRTAC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi teleqram kanalına istinadla xəbər verir ki, aksiya çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasından, Mingəçevir və Yenikənd su anbarlarından, digər daxili su hövzələrindən sintetik torların yığışdırılması həyata keçirilib.
Aksiya zamanı həmin su hövzələrindən 755 metr uzunluğunda doqquz ədəd sintetik tor götürülüb.

Ekologiya 2023-06-18 20:18:00