×
A
A
A
Sazlamalar

Bakı hava limanının 2-ci terminalı beynəlxalq reyslər üçün yenidən açıqdır

Bakı, 16 iyun, AZƏRTAC

Cari ilin iyun ayının 20-dən Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci terminalı “Buta Airways” və bir sıra xarici aviadaşıyıcıların beynəlxalq reyslərinin yerinə yetirilməsini bərpa edir.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, iyunun 20-də saat 00:00-dan etibarən aşağıdakı aviaşirkətlər Bakı hava limanının 2-ci terminalına və terminaldan növbəti şəhərlər üzrə uçuşlar həyata keçirəcək:
∙ “Buta Airways” - İstanbul, İzmir, Ankara, Trabzon, Tbilisi, Batumi, Samara, Kazan, Mineralnıye Vodı, Həştərxan, Ufa, Volqoqrad, Mahaçqala, Soçi, Aktau, Düşənbə, Tehran;
∙ “Israir Airlines” - Təl-Əviv;
∙ “Wizz Air” - Budapeşt, Roma, Əbu-Dabi.
Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci terminalına və terminaldan yeni reyslər yerinə yetirildikcə sərnişinlərə bu barədə əlavə məlumat veriləcək.

Nəqliyyat 2023-06-16 18:10:00