×
A
A
A
Sazlamalar

Avtomobil nəqliyyatı ilə 647 milyondan çox sərnişin daşınıb

Bakı, 16 iyun, AZƏRTAC

Yanvar-may aylarında avtomobil nəqliyyatı ilə 50,5 milyon ton yük, 647,4 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,0 faiz və 19,8 faiz artım qeydə alınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sərnişinlərin 95,6 faizi avtobus, 4,4 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 4,3 faiz, sərnişin dövriyyəsi isə 18,7 faiz artıb.
Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 12,4 faiz artaraq 91,8 milyon nəfər olub.
Hava nəqliyyatı ilə 966,4 min və ya 58,3 faiz çox sərnişin daşınıb.
Daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 45,2 faiz azalaraq 117,5 min ton olub.

Nəqliyyat 2023-06-16 16:41:00