×
A
A
A
Sazlamalar

Cari ilin yanvar-may aylarında dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi artıb

Bakı, 16 iyun, AZƏRTAC

Dəniz nəqliyyatı ilə 2023-cü ilin yanvar-may aylarında daşınmış yüklərin həcmi 3575,8 min ton təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 25,3 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 56,7 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 5061,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Yüklərin həcmi 4159,4 min ton və ya 82,2 faiz tranzit yüklərdir. 2023-cü il iyun ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 170,4 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 26,5 faiz artaraq 8,6 min nəfər təşkil edib.

 

 

Nəqliyyat 2023-06-16 15:48:00