×
A
A
A
Sazlamalar

Dəmir yolu nəqliyyatı daşınmalarında artım qeydə alınıb

Bakı, 16 iyun, AZƏRTAC

Dəmir yolu nəqliyyatı ilə 2023-cü ilin yanvar-may aylarında 7,6 milyon ton yük, 2704,0 min sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 8,8 faiz, sərnişin daşınmasında isə 57,2 faiz artım müşahidə olunub. Orta hesabla sutkada 430 vaqon yüklənib, 416 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 21,8 min ton, Qərb istiqaməti üzrə 2,9 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.

 

 

 

Nəqliyyat 2023-06-16 15:17:00