Naxçıvanda STEAM Mərkəzi açılıb
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də Naxçıvan şəhərində STEAM Mərkəzinin açılış mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, elm və təhsil naziri Emin Əmrullayev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov və digər qonaqlar iştirak ediblər.
Qonaqlar mərkəzdə yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, zəruri avadanlıqlarla təmin olunan mərkəzdə xüsusi istedadı ilə seçilən bacarıqlı şagirdlərin təhsil alması nəzərdə tutulur.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında yerləşən 212 məktəbin 156-da STEAM kabinetləri yaradılıb. 400-dən çox müəllim STEAM təlimlərinə, 19 minə yaxın şagird isə STEAM təhsilinə cəlb olunub.
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib