Cari tədris ilində 100 mindən çox şagird STEAM tədrisinə cəlb edilib
Bakı, 13 iyun, AZƏRTAC
2022-2023-cü tədris ilində STEAM layihəsi 318 ümumtəhsil məktəbi və 23 STEAM Mərkəzini əhatə edib.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumilikdə 100 min 305 şagird STEAM tədrisinə cəlb edilib.
BMT-nin Uşaq Fondunun Azərbaycan Nümayəndəliyinin STEAM layihəsi ilə əməkdaşlığı çərçivəsində "Qızların STEAM və rəqəmsal bacarıqlar sahəsində karyera seçiminə dəstək" proqramının tətbiqinə başlanılıb. Bərdə, Lənkəran, Tovuz, Şirvan və Sabirabad STEAM mərkəzlərində təşkil olunan layihəyə 100 şagird cəlb olunub.
Qeyd edək ki, 2021-2022-ci tədris ilində STEAM layihəsi 302 ümumtəhsil məktəbi və 13 STEAM Mərkəzini əhatə edib. Ümumilikdə 91 minə yaxın şagird STEAM tədrisinə cəlb edilib.
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib