×
A
A
A
Sazlamalar

Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə tufanla əlaqədar geri qayıdıb

Bakı, 13 iyun, AZƏRTAC

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-271 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar geriyə qayıtmaq qərarına gəlib.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, təyyarə saat 16:10-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.

Nəqliyyat 2023-06-13 17:07:00