×
A
A
A
Sazlamalar

“BakuBus”a 172 nömrəli müntəzəm marşrut xətti həvalə edilib

Bakı, 13 iyun, AZƏRTAC
Sərnişindaşımaların icrasında çatışmazlıqların aşkarlandığı müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması davam etdirilir. Nazirlər Kabinetinin qərarı əsasında 172 nömrəli müntəzəm marşrut üzrə keçirilən müsabiqənin qalibi “BakuBus” MMC elan olunub.
Bakı Nəqliyyat Agentliyindən (BNA) AZƏRTAC-a bildirilib ki, vətəndaşlara keyfiyyətli, rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi, bu sahədə qanunvericiliyin tələblərinin qorunması məqsədilə “Ayşən-LTD” MMC-nin müvəqqəti istismarında olan 172 nömrəli müntəzəm marşrut xətti üzrə (Bilgəh qəsəbəsi -“Koroğlu” NMM) sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə edilib.
İyunun 15- dən bu xətt üzrə daşımalar "BakuBus" MMC istismarında olan müasir, sərnişindaşıma tələblərinə tam cavab verən avtobuslarla həyata keçiriləcək. Bu dəyişiklik sayəsində ümumilikdə 10 min nəfərə yaxın sakini olan Bilgəh qəsəbəsi üzrə əhalinin ictimai nəqliyyata əlçatanlığı əhəmiyyətli dərəcədə yaxşılaşacaq.

Nəqliyyat 2023-06-13 10:19:00