“Starfield” oyununun treyleri yayımlanıb
Bakı, 12 iyun, AZƏRTAC
“Bethesda Softworks” (ABŞ) şirkəti “Starfield” videooyununun treylerini yayımlayıb. Oyun şirkətin rəsmi yutub kanalında yerləşdirilib.
AZƏRTAC şirkətin saytına istinadla xəbər verir ki, videooyunda personaj yaratma sistemi, kosmik gəmilər qurmaq və 1000-dən çox planeti araşdırmaq imkanları istifadəçilər üçün əlçatan olacaq.
Sentyabrın 6-da “Starfield”in ən son nəsil “Xbox”da və fərdi kompüterlərdə istifadəçilərə təqdim ediləcəyi planlaşdırılır.
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib