×
A
A
A
Sazlamalar

Qeyri-qanuni sərnişindaşımanın yaratdığı xoşagəlməz halların qarşısını almaq məqsədilə reyd keçirilib

Bakı, 9 iyun, AZƏRTAC

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı qeyri-qanuni sərnişindaşımanın yaratdığı xoşagəlməz halların qarşısını almaq məqsədilə Daxili İşlər Nazirliyi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə birgə ərazidə reyd keçirib.
AYNA-dan AZƏRTAC-a bildirilib ki, reyd zamanı yolda dayanan, hərəkətə mane olan və sərnişinlər üçün təhlükə yaradanlarla maarifləndirici söhbət aparılıb. Taksi nəqliyyat vasitələri avtovağzal ərazisindəki Nəqliyyat Qovşağında yaradılan ödənişsiz duracağa, avtobuslar isə “Avtovağzal” metro stansiyasına cəlb edilir.
Piyadaların təhlükəsiz hərəkətini təmin etmək üçün piyada keçidləri təşkil olunub, nəqliyyat vasitələrinin hərəkətini tənzimləmək məqsədilə yol nişanları quraşdırılıb və yol cizgi xətləri çəkilib.
Qeyd edək ki, müxtəlif ərazilərdə tıxacın azaldılması, yolların buraxılış imkanlarının artırılması və vətəndaş məmnuniyyətinin yaradılması məqsədilə reydlər davam etdiriləcək.

 

Nəqliyyat 2023-06-09 16:05:00