Su hövzələrindən 78 ədəd sintetik tor götürülüb
Bakı, 8 iyun, AZƏRTAC
“Hövzələri sintetik torlardan birlikdə təmizləyək” aksiyası çərçivəsində torların yığışdırılması davam edir.
AZƏRTAC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi teleqram kanalına istinadla xəbər verir ki, aksiya çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizinin Astara və Xaçmaz rayonları akvatoriyasından, Kür və Həkəri çaylarından, Mingəçevir və Şəmkir su anbarlarından sintetik torların yığışdırılması həyata keçirilib.
Aksiya zamanı həmin su hövzələrindən 3 min 655 metr uzunluğunda 78 ədəd sintetik tor götürülüb.
Nigar Arpadarai: Panamanın zəngin biomüxtəlifliyi onu iqlim dialoqunda güclü səsə çevirir
Saymon Stil: Yeni İqlim həftələri niyyətlərin reallaşdırılmasına keçid məqsədi daşıyır