×
A
A
A
Sazlamalar

Faktiki hava: Qarasu çayından sel keçib

Bakı, 7 iyun, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin iyunun 7-si saat 18:00-a olan məlumatına əsasən, Naxçıvan, Daşkəsən, Naftalan, Gəncə, Ceyrançöl (Ağstafa), Qobustan, Xaçmaz, Kürdəmir, Ağdam, Balakən, Zaqatala, Şəki, İsmayıllı, Quba, Qusar, Qrız (Quba), Şahdağ (Qusar), Mingəçevir, Tərtər, Yevlax, Göyçay, Zərdabda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, Daşkəsən, Göygöl, Balakən, Qrızda duman müşahidə olunub.
Saat 17:00 radələrində Zərdab rayonu ərazisindən axan Qarasu çayından sel keçib.



Ekologiya 2023-06-07 18:36:00