Bədii gimnastlarımız Misirdə güclərini sınayacaqlar
Bakı, 7 iyun, AZƏRTAC
Azərbaycanın bədii gimnastları Misirin paytaxtı Qahirədə keçiriləcək "Pharaohs Cup" beynəlxalq turnirində iştirak edəcəklər.
Azərbaycan Gimnastika Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, gənclərdən ibarət yığma, fərdi gimnastlar Nuray Əhmədzadə və Şəms Ağahüseynova, eləcə də qrup hərəkətləri komandasının üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova yarışa yollanıblar.
Qeyd edək ki, "Pharaohs Cup" iyunun 9-11-də təşkil olunacaq.
Rusiya paralimpiyaçıları Parisdəki paralimpiadada iştirak edə biləcəklər
“Çelsi” Osimxenə görə 170 milyon avro ödəməyə hazırdır
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Sumqayıt" komandasını darmadağın edib
Fərid Qayıbov: "Sağlam məhəllə" layihəsi uşaqların idmana həvəs göstərməsində faydalıdır