ASCO-nun “Zülfi Hacıyev” kran gəmisi modernləşdirilib
Bakı, 7 iyun, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Zülfi Hacıyev” kran gəmisi "Bibiheybət” Gəmi Təmiri Zavodunda modernləşdirilib.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində 1982-ci ildə inşa olunan kran gəmisinin baş və köməkçi mühərrikləri dəyişdirilib. Mövcud iki ədəd baş mühərrikin əvəzinə, “Weichai” firması istehsalı olan yeni üç mühərrik alınıb. Onlardan ikisi işlək vəziyyətdə, digəri isə gözləmə rejimində olacaq və mühərriklərdən biri sıradan çıxarsa, avtomatik işə düşəcək.
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
Daha bir küçədə sürət həddi endirilib
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
ASCO üzrə bu ilin II rübündə təhvil verilən müxtəlif tullantıların həcmi açıqlanıb