Azərbaycan məşqçiləri Beynəlxalq Cüdo Federasiyasının akademiyasında təhsillərini davam etdirirlər
Bakı, 6 iyun, AZƏRTAC
Azərbaycan məşqçiləri Beynəlxalq Cüdo Federasiyasının (IJF) akademiyasında təhsillərini davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, cari ilin martından etibarən daha 75 mütəxəssis Akademiyanın proqramında təhsilə başlayıb.
Məşqçilər üçün seminar təşkil olunub. Təlim ötən il akademiyada ən yüksək nəticə əldə edən və IJF ekspertləri tərəfindən tövsiyə olunan peşəkar cüdo məşqçiləri tərəfindən keçirilib.
Seminar Beynəlxalq Cüdo Federasiyasının praktiki dərslərinə və imtahanına hazırlıq məqsədi daşıyır.
Azərbaycan Cüdo Federasiyası məşqçilərin biliklərinin beynəlxalq səviyyədə standartlaşdırılması məqsədi ilə seminarların davamlı olaraq keçirilməsini planlaşdırır.
“Qarabağ” – “Sumqayıt” oyununun stadionu dəyişdirilib
“Turan Tovuz”un kapitanı Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib
Vlad Marinesku: Bakıdakı “Böyük dəbilqə” turniri Dünya Cüdo Turunun incisidir
Azərbaycan karateçiləri beynəlxalq turnirdə beş medal qazanıblar
“Araz-Naxçıvan”ın bombardiri: Xalı oyuna yox, nəticəyə görə verirlər