Dünya qadın seriyasının Şuşa mərhələsinin təqvimi müəyyənləşib
Bakı, 6 iyun , AZƏRTAC
3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində iştirak edəcək 8 komanda 2 qrupda mübarizə aparacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
A qrupunda Almaniya, Rumıniya, Türkiyə milli komandaları, Neftçi klubu, B qrupunda isə Niderland, Macarıstan, Azərbaycan seçmələri və Yaponiyanın G FLOU komandası mübarizə aparacaq.
Reqlamentə əsasən qruplarda birinci yeri tutmuş komandalar birbaşa yarımfinal mərhələsinə yüksələcəklər. Qruplarda ikinci və üçüncü yerin sahibləri isə bir-biriləri ilə çarpaz şəkildə dörddəbir final mərhələsində üz-üzə gələcəklər.
Turnirin Şuşa mərhələsinin açılış oyunu iyunun 12-də saat 13:00-da Almaniya və Türkiyə seçmələri arasında baş tutacaq. Yığma komandamızın qrupdakı ilk oyunu saat 14:15-də Macarıstan, "Neftçi" klubunun görüşü isə saat 13:50-də Rumıniya seçməsinə qarşı olacaq.
Qeyd edək ki, dünya qadın seriyasında Şuşa mərhələsinin oyunları “CBC Sport” telekanalı vasitəsilə də canlı yayımlanacaq.
Azərbaycan millisinin üzvləri üçün danışılmış oyunlarla bağlı seminar keçirilib
Azərbaycan Ağır Atletika Federasiyasının adı dəyişdirilib, quruma yeni prezident seçilib
Millinin futbolçusu: Hələ oyundan öncə planlaşdırmışdım ki, qol sevincim şəhidlərlə bağlı olacaq
“Gəncə” basketbol klubuna türkiyəli baş məşqçi təyin olunub
Azərbaycan cüdoçuları dünya çempionatına Bakıdakı beynəlxalq toplanışda hazırlaşırlar