Türkiyəli professor: İqlim dəyişikliyi yeraltı təkanları sürətləndirə bilər
Bakı, 6 iyun, AZƏRTAC
Azərbaycan 6 baldan yuxarı zəlzələ ola biləcək ölkələrdəndir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) rəhbəri, professor Hasan Mandal deyib.
Zəlzələ sabah olacaqmış kimi daim hazırlıqlı olmaq lazım olduğunu bildirən H.Mandal qeyd edib: "Zəlzələnin yerinin və zamanının əvvəlcədən bilinməsi çətindir. Lakin bununla bağlı bir çox araşdırmalar aparılıb. Həmin araşdırmalara görə, xüsusilə iqlim dəyişikliyi də yeraltı təkanları sürətləndirə bilər. Türkiyədə zəlzələ oldu, Azərbaycanda da olacaqmı sualına konkret cavab vermək mümkün deyil. Elmə əsaslanaraq baxdığımız zaman görürük ki, Azərbaycan da 6 baldan yuxarı zəlzələ ola biləcək ölkələrdəndir. Bu isə sabah olar, yoxsa çox uzun müddət sonra, bunu bilə bilmərik. Lakin zəlzələyə qarşı daim hazırlıqlı olmaq lazımdır".
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb