×
A
A
A
Sazlamalar

İşğaldan azad edilmiş ərazilərdə seysmoloji xidmət mərkəzləri açılacaq

Bakı, 6 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi işğaldan azad edilmiş ərazilərdə seysmoloji xidmət mərkəzlərini qurmaq hərəkatına başlayıb. Bu il onlardan bir neçəsinin açılışının olacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Seysmologiya və mühəndis seysmologiyası” üzrə VI Beynəlxalq konfransında çıxışı zamanı deyib.
O bildirib ki, bununla əlaqədar olaraq zəruri hazırlıq işləri aparılıb və proseslərə başlanılıb. “Qardaş Türkiyənin də bu sahəyə göstərdiyi diqqəti qeyd etməyi özümə borc bilirəm”, - deyib.

Ekologiya 2023-06-06 11:30:00