×
A
A
A
Sazlamalar

Azərbaycanlı hakim Avropa çempionatının final mərhələsinə təyinat alıb

Bakı, 5 iyun, AZƏRTAC

Azərbaycanın FIFA referisi Əliyar Ağayev 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatına təyinat alıb.
AZƏRTAC xəbər verir ki, hakim Gürcüstanda keçiriləcək A və C qrupunun matçlarını idarə edəcək.
A qrupunda Gürcüstanla yanaşı, Portuqaliya, Niderland və Belçika, C qrupunda isə İngiltərə, Almaniya, Çexiya və İsrail yığmaları mübarizə aparacaqlar.
Qeyd edək ki, Avropa çempionatı iyunun 21-dən iyulun 9-dək Gürcüstan və Rumıniyada təşkil olunacaq.

İdman 2023-06-05 18:02:00