Türk mütəxəssis Qəbələ, Oğuz və Şəkidə voleybolçu qızların seleksiya məşqini izləyib
Bakı, 5 iyun, AZƏRTAC
Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir. Bu işlər çərçivəsində türk mütəxəssis Şahin Çatma ölkəmizdə Şimal-Qərb bölgəsinə səfər edib. Səfərdə AVF-nin nümayəndələri də iştirak ediblər.
AZƏRTAC federasiyaya istinadla xəbər verir ki, Ş.Çatma Qəbələ, Oğuz və Şəki rayonlarında voleybolla məşğul olan 15 yaşadək qızların seleksiya məşqini izləyib, əvvəlcədən müəyyən edilmiş kriteriyalara uyğun gələn voleybolçuların qeydiyyatını aparıb.
Bu gün o, Gəncə və ətraf rayonlardan olan 15 yaşadək qızların məşqlərini izləyəcək.
Qeyd edək ki, türk mütəxəssis, həmçinin Bakının 138 nömrəli orta məktəbində təhsil alan voleybolla məşğul olan qızların məşqinə baxış keçirib.
Beynəlxalq Atletlər Forumunun birinci gününə yekun vurulub
Futbol üzrə Azərbaycan çempionatının VIII turuna yekun vurulub
Türkiyə Superliqası: “Fənərbağça” qələbə seriyasını darmadağınla davam etdirib
Elnur Məmmədov: Ölkə rəhbərliyi Azərbaycanda milli idman növlərinin inkişafına xüsusi diqqət yetirir