“Qəbələ” klubu Azərbaycan kubokunun qalibi olub
Bakı, 3 iyun, AZƏRTAC
İyunun 3-də futbol üzrə Azərbaycan kuboku yarışlarının 2022-2023-cü illər mövsümünün qalibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, həlledici görüşdə "Neftçi" və "Qəbələ" üz-üzə gəlib.
"Bakcell Arena"da keçirilən görüşün əsas vaxtında komandalar qapılara yol tapa bilməyiblər. Buna görə də matç əlavə vaxtda davam edib. Matçın 102-ci dəqiqəsində "Qəbələ"dən İsnik Alimi penaltini dəqiq yerinə yetirərək komandasını önə çıxarıb - 1:0. Oyunda başqa qol olmayıb və "Qəbələ" Azərbaycan kubokunun sahibi olub.
Oyundan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatlandırma mərasimində AFFA-nın prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və assosiasiyanın baş katibi Sərxan Hacıyev iştirak ediblər.
“Sabah” FIBA Avropa Kubokunda ilk oyununu keçirib
Dünya çempionatı: Azərbaycan minifutbol millisi yarımfinala yüksəlib
Azərbaycan millisi dünya çempionatında mübarizəni dayandırıb
“Neftçi” kolumbiyalı futbolçu ilə yollarını ayırıb
Azərbaycan Voleybol Federasiyasının nümayəndələri beynəlxalq komissiyalara üzv seçiliblər