Azərbaycan kuboku yarışlarında maraqlı final statistikası
Bakı, 3 iyun, AZƏRTAC
Futbol üzrə Azərbaycan kuboku yarışlarının əvvəlki 28 finalında yeddi müxtəlif hesab qeydə alınıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, əlavə vaxtın oynanıldığı matçlarda 120 dəqiqəni nəzərə alsaq, ən populyar nəticə bir qolun vurulmasıdır.
İndiyədək doqquz görüş 1:0 hesabı ilə yekunlaşıb. Yeddi matçda 2:1, beş qarşılaşmada 2:0, üç görüşdə 1:1, iki oyunda 0:0, bir dəfə isə 3:1 və 3:0 qeydə alınıb.
Həmçinin indiyədək 12 final qarşılaşmasında əlavə vaxta ehtiyac duyulub. Bunlardan 7-də qalib müəyyənləşibsə, 5 dəfə penaltilər seriyası zərurəti yaranıb.
Qeyd edək ki, Azərbaycan kuboku yarışlarının 2022/2023-cü il mövsümünün final oyunu iyunun 3-də “Neftçi” ilə “Qəbələ” arasında keçiriləcək.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir