Qazaxıstanlı nümayəndə heyəti ölkəmizdə səfərdədir VİDEO
Bakı, 2 iyun, AZƏRTAC
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında imzalanan 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin bir qrup nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində qonaqlar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzini, Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzini ziyarət ediblər. Nümayəndə heyətinə mərkəzlərin tarixi və fəaliyyəti barədə geniş brifinq təqdim olunub. Qonaqlar burada yaradılan şərait ilə tanış olub, keçirilən tədris prosesini izləyiblər.
Sonra qazaxıstanlı nümayəndələr Əməliyyat (Komando) hərbi hissələrinin birinə gəliblər. Qonaqlara hərbi hissənin döyüş yolu və şəxsi heyətin hazırlıq prosesi haqqında ətraflı brifinq təqdim edilib.
Nümayəndə heyəti burada hərbi qulluqçular üçün yaradılan şərait və döyüş texnikası ilə tanış olub, hərbi hissənin təlim mərkəzində komandoların nümunəvi çıxışlarını izləyiblər.
Müdafiə Nazirliyi Xocalıda müsadirə edilən silah-sursatın görüntülərini yayıb VİDEO
Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI
Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilir VİDEO
Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI
Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib