×
A
A
A
Sazlamalar

BDU-nun Tarix fakültəsi tələbələrinin tədris təcrübələri başa çatıb

Bakı, 30 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin IV kurs tələbələrinin tədris təcrübələri başa çatıb. Tələbələr əsasən Qəbələ, Qobustan, Quba və Şamaxıda tədris təcrübələri keçiblər.
Bu barədə AZƏRTAC-a müsahibəsində fakültənin tədris işləri üzrə dekan müavini Elşən Aslanov məlumat verib. E.Aslanov bildirib ki, tədris təcrübələrində tələbələr Qobustan abidələri, Quba Soyqırımı Memorial Kompleksi, Qəbələ arxeoloji qazıntıları, Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları ilə tanış olublar. Onlara, eyni zamanda, tarixi abidələr və aparılan arxeoloji qazıntılar haqqında ətraflı məlumatlar verilib.
“Fakültədə, həmçinin tədrisin müasirləşdirilməsi istiqamətində geniş iş aparılır. Yeni dərsliklər, dərs vəsaitləri hazırlanır. 44 günlük Vətən müharibəsi tədris olunur. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü ilə Vətən müharibəsində qazandığımız böyük Zəfərə həsr olunan kitablar, elmi-tədqiqat əsərləri yazılır”, - deyə E.Aslanov qeyd edib.

Elm və təhsil 2023-05-30 17:39:00