×
A
A
A
Sazlamalar

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Bakı, 29 may, AZƏRTAC
Mayın 28-i axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ordumuzun həmin istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Ordu 2023-05-29 10:10:00